Azərbaycanın sığorta bazarı 9 % böyüyüb

Oxunma vaxtı:25 Saniyə

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.

Loading

Next Post

Səhiyyə Nazirliyi: Azərbaycana gətirilən vaksinlərin hamısı təhlükəsiz və effektlidir

Azərbaycana gətirilən vaksinlərin hamısı təhlükəsiz və effektlidir. Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, ölkəyə gətirilən vaksinlər bir dozalıq olur və lazımi standartlara cavab verir.