Azərbaycan BƏƏ ilə sənaye tərəfdaşlığının inkişafını müzakirə edib

Oxunma vaxtı:26 Saniyə

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafını, təcrübə mübadiləsini və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqini nəzərdən keçirib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirdik. BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında “Abşeron” qaz-kondensat yatağının birgə işlənməsi, “Masdar” şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqları vurğuladıq”,-deyə o qeyd edib.

Loading

Next Post

MEDİA İsrail-İran münaqişəsində saxta məlumatlara qarşı sayıq olmaqla bağlı çağırış edib

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Bu barəd Medianın İnkişafı Agentliyi( MEDİA) məlumat yayıb. Qeyd edilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir: “Cəmiyyəti yalnız rəsmi mənbələrin […]