MEDİA İsrail-İran münaqişəsində saxta məlumatlara qarşı sayıq olmaqla bağlı çağırış edib

Oxunma vaxtı:24 Saniyə

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Bu barəd Medianın İnkişafı Agentliyi( MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir:

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq”.

Loading

Next Post

İranda internetə giriş İsrailin zərbələri fonunda məhdudlaşdırılır

İranda İsrail Hərbi Hava Qüvvələrinin zərbələri fonunda internetə giriş məhdudlaşdırılır.Bu barədə ISNA agentliyi xəbər verir.