Baş nazirdən Dövlət Vergi Xidməti ilə bağlı QƏRAR

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərar “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 12 noyabr tarixli 1875 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə bağlı hazırlanıb.

Qeyd olunmuş Fərmanla Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin yeni siyahısı təsdiq edilib.

Eyni zamanda, son dəyişikliklərlə Dövlət Vergi Xidmətinin Vəzifəli Şəxslərinin Geyim Formalarının yeni tələbləri müəyyən edilib. Dəyişikliklər əsasən aksessuarların rəngini, tanınma nişanlarının təsvirini əhatə edib.

Loading

Next Post

Məşhur reper dağıntılar altından 72 saat sonra sağ çıxarıldı

Knock Out təxəllüsü ilə tanınan məşhur reper 72 saat sonra dağıntılar altından sağ çıxarılıb.  Bu barədə reper sosial media hesabından paylaşım edib.  O, “Afet ve Acil Durumlar”ın (AFAD) xilasediciləri tərəfindən xilas edilib: “Allah razı olsun, məni AFAD zabitləri sağ çıxardı. Təbii ki, sizlərin duaları da inanılmaz təsirli oldu. Çox adam […]