Azərbaycan çempionatları tarixində çalışmış əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb

Oxunma vaxtı:37 Saniyə

Futbol üzrə Azərbaycan çempionatları tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb.

Bu, Misli Premyer Liqasının I turunda reallaşıb.

Tur iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Portuqaliyalı Xorxe Kaskilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxasında” ilk çempionat matçına çıxıb.

Portuqaliyalının yetirmələri evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalı komandası ilə “Kəpəz” üzərində qələbəyə sevinib – 3:0.

Bununla da Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaskilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legioner çalışdırıcıdır.

Qeyd edək ki, Kaskilya “İmişli”nin Premyer Liqada ilk baş məşqçisidir.

Loading

Next Post

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda 549 körpə ölü doğulub. Bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib. Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib. Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. […]