“Yuventus” Çempionlar Liqasında oynamayacaq

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

İtaliyanın “Yuventus” klubu son 12 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Komanda 37-ci turun matçında “Milan”a 0:1 hesabı ilə uduzub.

Beləliklə, turinlilərin ölkə çempionatında keçirdiyi 37 oyundan sonra 59 xalı var. Klub A Seriyasının turnir cədvəlində yeddincidir.

Xatırladaq ki, mayın 22-də İtaliya Federal Apellyasiya Məhkəməsi Turin klubunu maliyyə hesabatları ilə saxtakarlığa görə A Seriyasının turnir cədvəlində on xaldan məhrum etmişdi. Bu qərardan sonra Massimiliano Alleqrinin komandasının 59 xalı qalıb.

Eyni zamanda, “Yuventus”un hələ də avrokuboklara düşmək şansı var. Turin klubu 6-cı yerdə olan “Roma”dan bir xal, dördüncü sıradakı “Atalanta”dan iki xal geri qalır.

Loading

Next Post

Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə - Detallar

Ötən gecə Bakı şəhər Xəzər rayonunda baş vermiş ağır qəzada ölənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub. Saat 21:00 radələrində 1980-ci ildə Naxçıvan MR-də anadan olmuş Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı  avtomobillə Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi […]