Bakıda Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək.

Noyabrın 11-də keçiriləcək yarış Badamdar ərazisində baş tutacaq.

Tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yad etməkdir.

Çempionatda ölkənin ən güclü motokross idmançıları ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Yarış günü tamaşaçılar həyəcanlı yarış mərhələləri, nümayiş çıxışları, moto-şou və motosiklet sərgilərinə şahidlik edəcəklər.

Qeyd edək ki, ənənəvi xarakter daşıyacaq Motokross Çempionatının gələcək illərdə də Zəfər Gününə həsr olunmaqla silsilə şəkildə keçirilməsi planlaşdırılır.

Loading

Next Post

Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu münasibətlə keçirilən buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik […]