Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu münasibətlə keçirilən buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında, eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi rol oynayacağını vurğulayıblar.

Sonda məzunlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Dağ komando kursu”nda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitlərdə müasir döyüş aparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədilib.

Loading

Next Post

Nazirlik çağırış etdi - Təşvişə düşməyin

3-7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç […]