Müdafiə Nazirliyindən vəziyyətin gərginləşməsi ilə bağlı Açıqlama

Oxunma vaxtı:26 Saniyə

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Banker.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib. Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.

Loading

Next Post

Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir

Azərbaycan, Əlcəzair və ya Norveç ilə təbii qazın təchizatı üzrə yeni uzunmüddətli sazişin bağlanması qazın dünya bazarında qiymətinin aşağı düşməsinə səbəb olacaq. Bu barədə Avstriyanın enerji tənzimləyicisi “E-Control”un rəhbəri Volfqanq Urbançiç bildirib. “Rusiya qəfildən qaz xətlərini kəsərsə, təbii qaz anbarlarının cəmi 12 % dolu olan Avstriya nə vaxta qədər tab gətirə biləcək? […]