“Qarabağ”ın futbolçusu “Ferents Puşkaş” mükafatına namizəd olub

Oxunma vaxtı:19 Saniyə

“Qarabağ”ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin “Ferents Puşkas” mükafatına namizəd olub.

30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzairlə CAR arasında baş tutan beynəlxalq yoldaşlıq matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.

Loading

Next Post

Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub

Bakı Hərbi Məhkəməsinə iş yükünün çox olması səbəbindən üç hakim ezam olunub. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədov və Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu gündən onların icraatına cinayət işləri veriləcək.