Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib

Oxunma vaxtı:44 Saniyə


Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi çempion ola bilməyib.

Bununla bağlı 96 illik rekord hələ də dəyişməz qalır.

DÇ-2026-da iştirak edəcək 48 komandadan 26-sına xarici baş məşqçi rəhbərlik edəcək. Bu göstərici 4 il əvvəlki turnirlə müqayisədə 26 faiz çoxdur və iştirakçı komandaların 54 faizini təşkil edir.

Bəzi əcnəbi mütəxəssislər geridə qalan 22 dünya çempionatı ərzində müəyyən uğurlara nail olublar. Qus Hiddink 2002-ci ildə Cənubi Koreya yığmasını, Luis Felipe Skolari 2006-cı ildə Portuqaliyanı, Roberto Martines isə 2018-ci ildə Belçikanı yarımfinala qədər daşımağı bacarıb.

İngiltərəli Corc Reynor 1958-ci ildə İsveç komandasını finala çıxarsa da, Pelenin lideri olduğu Braziliyaya uduzub. Avstriyalı Ernst Happel isə 1978-ci ildə Niderland yığmasının baş məşqçisi kimi finala yüksəlsə də, meydan sahibi Argentinaya yenilib.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq

Loading

Next Post

Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Bir neçə gün əvvəl Araz çayının İmişli rayonundan keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, rayonun Rəsullu kəndindən keçən hissəsində batan T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə […]