Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Oxunma vaxtı:32 Saniyə

Bir neçə gün əvvəl Araz çayının İmişli rayonundan keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, rayonun Rəsullu kəndindən keçən hissəsində batan T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, hadisə iyunun 7-də axşam saatlarında baş verib. T.Mirişli çaya düşərək batıb. Onun axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunmuşdu. Axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilmişdi.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,82 ABŞ dolları və ya 4,82 % azalaraq 95,27 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 93,76 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]