Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb

Oxunma vaxtı:21 Saniyə

Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Xətai rayonu “Venesiya” şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

Loading

Next Post

Leyla Əliyeva Vyetnama səfər edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində aprelin 21-də bir sıra görüşlər keçirib.Hanoy Ticarət və Turizm Kollecində Leyla Əliyeva yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri, eləcə də sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlar ilə görüşüb. Görüşdə bildirilib ki, 1965-ci ildən fəaliyyət göstərən Hanoy Ticarət və Turizm […]