“Qarabağ” Çempionlar Liqasında cari mövsüm 60 milyon manata yaxın gəlir əldə edib

Oxunma vaxtı:21 Saniyə

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib.

Ağdam təmsilçisinin indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb.

Bu mənada, “köhlən atlar” “Union” (Belçika), “Pafos” (Kipr) və “Kayrat” (Qazaxıstan) kollektivlərini üstələyib.

Sıralamanın lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur.

Loading

Next Post

Ötən gecə iki PUA Moldovanın hava sərhədini pozub

Ötən gecə iki naməlum pilotsuz uçuş aparatı (PUA) Moldovanın hava sərhədlərini pozub.Bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, PUA-lar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratması səbəbindən fövqəladə tədbir olaraq ölkənin hava məkanı təxminən bir saatdan çox müddətə müvəqqəti bağlanıb. Bu səbəbdən Kişinyovda enməli olan iki sərnişin təyyarəsi […]