Cüdo yığmamız birinci oldu

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi yarışlar başa çatıb.

Azərbaycan millisi qitə birinciliyini 9 medalla tamamlayıb. Yığma medal əyarına görə komanda hesabında birinci yeri tutub.

Cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) və Ramazan Əhmədov (+90 kq) Avropa çempionu olub, Xədicə Qədəşova (52 kq), Əhməd Rüstəmov (55 kq) və Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, iyunun 25-də Avropa çempionatında qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.

Loading

Next Post

“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “Narkotiklərə YOX, Arzularınıza doğru gedin!” konfransı keçirilib

İyun ayının 23-də Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzində “Narkotiklərə YOX, Arzularınıza doğru gedin!” şuarı altında konfrans keçirilib. “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə” həsr olunan tədbirin təşkilatçısı “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi olub.Konfransı giriş sözü ilə açan “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədr müavini Büllur […]