Ötən gecə iki PUA Moldovanın hava sərhədini pozub

Oxunma vaxtı:23 Saniyə

Ötən gecə iki naməlum pilotsuz uçuş aparatı (PUA) Moldovanın hava sərhədlərini pozub.

Bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, PUA-lar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratması səbəbindən fövqəladə tədbir olaraq ölkənin hava məkanı təxminən bir saatdan çox müddətə müvəqqəti bağlanıb. Bu səbəbdən Kişinyovda enməli olan iki sərnişin təyyarəsi Rumıniyanın Bakeu hava limanına yönəldilib.

Məlumata görə, operativ məlumatlar hər iki pilotsuz aparatın milli hava məkanını tərk edərək Ukrayna ərazisinə daxil olduğunu təsdiqləyiblər.

Loading

Next Post

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə Ermənistanın iqtisadiyyat naziri görüşüb

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla görüşüb. Bu barədə İbrahim Yumaklı “X” hesabında paylaşım edib. “Ermənistanın iqtisadiyyat naziri cənab Gevorq Papoyan ilə keçirdiyimiz görüşdə qida və su israfının iqtisadi məsrəfləri, tədarük zəncirindəki itkilər və istehsalın səmərəliliyi üzərində müzakirə apardıq. Resursların qorunması və iqtisadi […]