Putin Rusiya KİV-ə müharibə haqqında yazmağı qadağan edib

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

Rusiya administrasiyası dövlət və hökumətyönlü KİV-lərin redaksiyalarında “100 günlük xüsusi hərbi əməliyyat mövzusunu təkrarlamamağı” və müharibənin müddətinə “diqqəti cəmləməməyi” qadağan edib. 

Bu barədə “Meduza” İnformasiya portalı məlumat yayıb. 

“Müharibə ilə bağlı tarixlərə diqqət yetirmək rusları işğalın məqsədləri və uğurları haqqında düşünməyə vadar edə bilər”, –  deyə KİV-də qeyd olunub. 

Bundan əlavə, Kreml işğalın üç aydan artıqdır ki, davam etdiyini “xatırlatmaq istəmir”, halbuki “Kiyevi üç günə ələ keçirmək” planlaşdırırdı. 

Kremlə yaxın mənbə qapalı rəy sorğularının nəticələrinə istinadən bildirib ki, bir çox ruslar artıq “xüsusi əməliyyat”ın uzandığına əmindirlər.

Xəbər verdiyimiz kimi, “Russian Field”in keçirdiyi sorğuya əsasən , rusiyalıların 50%-i Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarıdır. Əvəzində 39% Kremlin sülh danışıqlarına keçməli olduğunu deyir.

Loading

Next Post

İcra başçılarının müavinləri bu komissiyanın üzvləri olacaq

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasın tərkibi yeni qaydada müəyyənləşəcək. Bununla bağlı Nazirlər Kabineti “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi […]