İcra başçılarının müavinləri bu komissiyanın üzvləri olacaq

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasın tərkibi yeni qaydada müəyyənləşəcək.

Bununla bağlı Nazirlər Kabineti “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının yaradılması barədə” qərarında müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçılarının birinci müavinləri və ya müavinləri Komissiyanın üzvləri olacaq.

Loading

Next Post

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.Ordumuzun bölmələri tərəfindən dərhal […]