Azərbaycanın olimpiya çempionlarının Fransadakı turnirə qatılmamalarının səbəbi bəlli olub

Oxunma vaxtı:25 Saniyə

Azərbaycanın olimpiya çempionu olan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılmamasının səbəbi müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə millinin baş məşqçisi Riçard Trautman qərar qəbul edib.

Alman mütəxəssis sözügedən idmançıları ilin ilk “Böyük Dəbilqə” yarışı üçün heyətə daxil etməyi məqsədəuyğun saymayıb.

Azərbaycanı fevralın 7-8-də keçiriləcək turnirdə 8 cüdoçu təmsil edəcək.

Xatırladaq ki, Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olublar.

Loading

Next Post

Azərbaycanla Ermənistan ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdıracaq

Prezident İlham Əliyevlə Nikol Paşinyan hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüşü zamanı vurğulanıb. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft […]