Azərbaycanla Ermənistan ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdıracaq

Oxunma vaxtı:27 Saniyə

Prezident İlham Əliyevlə Nikol Paşinyan hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüşü zamanı vurğulanıb.

Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər.

Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Loading

Next Post

Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanda fevralın 5-də qar yağacağı, yolların buz bağlayacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 4-dən 5-nə keçən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz […]