Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Oxunma vaxtı:52 Saniyə

Azərbaycanda fevralın 5-də qar yağacağı, yolların buz bağlayacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 4-dən 5-nə keçən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13, gündüz 0-3 dərəcə şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Loading

Next Post

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar başlayıb - YENİLƏNİB

Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb. Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, danışıqlar qapalı rejimdə keçiriləcək və iki gün davam edəcək. Rusiya nümayəndə heyətinə, keçən dəfə olduğu kimi, QRU rəisi İqor Kostyukov rəhbərlik edir. *** Ukrayna nümayəndə heyəti artıq Əbu-Dabidədir. Bu barədə Ukrayna […]