Bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Oxunma vaxtı:15 Saniyə

Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.

Loading

Next Post

Nazir XİN-in "qara siyahı"sı ilə bağlı mövcud vəziyyətə aydınlıq gətirib

Azərbaycandan rəsmi şəkildə üzrxahlıq etməyən şəxslər “qara siyahı”dan çıxarılmır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. “Beynəlxalq praktikada da olub ki, hansısa rəsmi şəxslər qara siyahısında olduqları ölkədən üzr istəyərək bu siyahıdan çıxıblar. Azərbaycanda da bu praktika olub. Lakin son 30 ildə dövlətimizi […]