Nazir XİN-in “qara siyahı”sı ilə bağlı mövcud vəziyyətə aydınlıq gətirib

Oxunma vaxtı:25 Saniyə

Azərbaycandan rəsmi şəkildə üzrxahlıq etməyən şəxslər “qara siyahı”dan çıxarılmır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Beynəlxalq praktikada da olub ki, hansısa rəsmi şəxslər qara siyahısında olduqları ölkədən üzr istəyərək bu siyahıdan çıxıblar. Azərbaycanda da bu praktika olub. Lakin son 30 ildə dövlətimizi təhdid edən və qeyri-dost bəyanatlar verən 2000-ə qədər şəxs “qara siyahı”ya salınıb. Rəsmi olaraq dövlətimizdən üzr istəməyən və günahını etiraf erməyən şəxslər bu siyahıdan çıxarılmır”, – nazir qeyd edib.

Loading

Next Post

Biləsuvara işığın verilməsi DAYANDIRILACAQ

Bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq. Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində və rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayış […]