Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək

Oxunma vaxtı:23 Saniyə

Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək.

Bununla bağlı Toponimiya komissiyası sədrinin, sədr müavininin və komissiya katibinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

Məsələ Toponimiya Komissiyasının bugünkü iclasında müzakirə olunacaq.

Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərinin müzakirə edilməsi və bu barədə Milli Məclisə rəy hazırlamaq məqsədi daşıyır.

Xatırladaq ki, Komissiyanın bundan əvvəlki sədri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, sədr müavini Sevinc Fətəliyeva, katib isə Cavid İsgəndərov olub.

Loading

Next Post

HƏMAS Qəzza zolağında hakimiyyətdən imtina edə bilər

HƏMAS qruplaşması hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qəzza zolağının idarə edilməsindən imtina edə bilər. Bu barədə “The Times of Israel” qəzeti “Al Arabiya” nəşrinə istinadən məlumat yayıb. HƏMAS-ın Siyasi Bürosunun nümayəndəsi Musa Əbu Mərzuk “Al Arabiya” nəşrinə bildirib ki, qruplaşma İsraillə müharibədən sonra Qəzza zolağını idarə etməyə can atmaya bilər. Onun […]