Əhalinin DİQQƏTİNƏ! Sabahdan pullu olacaq

alfonsonri
Oxunma vaxtı:44 Saniyə

Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişli olacaq. 

Bununla bağlı “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi məlumat yayıb.

“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunur ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Məlumatda o da qeyd olunur ki, bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcəkdir”, – deyə məlumatda qeyd edilib.

Loading

Next Post

Azərbaycanlı tələbələrin qaldığı evdən çıxanlar - VİDEO

Türkiyədə baş verən güclü zəlzələdən sonra Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə ilə bağlı yeni xəbər yayılıb. Tələbələrin yaşadığı binanın dağıntıları altından onlara məxsus bayraqlar və müqəddəs Qurani-Kərim kitabı tapılıb. Hazırda ərazidə xilastemə işləri davam edir. Malatya İnönü Universitetində təhsil alan Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və […]