Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar

Oxunma vaxtı:24 Saniyə

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər.

Mərasim martın 31-də Xucənddə təşkil olunmuş yüksək səviyyəli tədbirlər çərçivəsində baş tutub.

Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin tam hazır olması barədə məlumat veriblər.

Qeyd olunur ki, bu abidə qardaş ölkələr arasında möhkəmlənən dostluq, mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin mühüm rəmzinə çevriləcək.

Loading

Next Post

Xaçmazın dörd, Qubanın bir kəndində yanğın baş verib - YENİLƏNİB

Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun isə Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub. Xaçmaz rayonunun Xaspoladoba kəndi […]