Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayıb

Oxunma vaxtı:25 Saniyə

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

Müsabiqədə iştirak üçün qeydiyyat 10 aprel 2026-cı il saat 10:00-dan 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.

Qeydiyyat üçün xidmət yalnız sözügedən tarixlərdə aktiv olacaq.

Müsabiqə prosesi barədə daha ətraflı məlumatla buradan tanış mümkündür:

Loading

Next Post

Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb

Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə bağlı hərəkət qismən məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb. Məlumata görə, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb. Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin […]