Keşlədə tikinti materialları yığılmış yer yanıb – VİDEO

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materiallarının yanması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan talvar altına yığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqda dayanmış “Mercedes” markaklı minik avtomobilinin salon hissəsi qismən yanıb.

Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf ərazilər yanğından mühafizə olunub.

Loading

Next Post

İmamoğlu barədə həbs qərarı verildi

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Əkrəm İmamoğlu, onun müşaviri Nəcatı Özkan və jurnalist Merdan Yanardağ “siyasi casusluq” ittihamı ilə həbs edilib. İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində sözügedən şəxslərin ifadələri alınıb. Onlar barəsində “siyasi casusluq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Qərarda qeyd olunur ki, Əkrəm […]