Qarabağ və Şərqi Zəngəzurda neçə kilometr yol inşa edilib? – FOTO

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən (AAYDA) Qarabağda və Şərqi Zəngəzurda inşa edilən ümumi yolların həcmi 652,4 km-dən artıqdır.Bu barədə AAYDA məlumat verib.

Agentlikdən verilən xəbərə görə, Zəfər yolu 101 km, Əhmədbəyli-Füzuli-Şuşa yolu 81,6 km, Toğanalı-Kəlbəcər-İstisu 80,7 km, Kəlbəcər-Laçın 72,3 km, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu 123,8 km, Talış-Tapqaraqoyunlu-Qaşaltı 22 km, Xudafənin-Qubadlı-Laçın 83 km, Şükürbəyli-Cəbrayıl-Hadrut 43 km, Bərdə-Ağdam 45 km və digərləri təşkil edir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ağcabədidə saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb

“Ağcabədi rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılıb. Bu barədə “Report”a Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.Araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində […]