Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq

Oxunma vaxtı:17 Saniyə

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mərhum şairlə əvvəlcə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiriləcək.

Vida mərasiminin ardınca cənazə I Fəxri xiyabana aparılaraq orada dəfn ediləcək.

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün səhər saatlarında vəfat edib.

Loading

Next Post

Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb

Mərakeşdə on minlərlə insanın İspaniyanın Seuta anklavı istiqamətində sərhədi qanunsuz keçməsindən sonra baş verən və ən azı 61 nəfərin ölümü ilə nəticələnən zorakılıq hərəkətlərində iştirakda şübhəli bilinən 70 nəfər saxlanılıb. Bu barədə EFE agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, saxlanılanlarla bağlı adam öldürməyə cəhd, qəsdən yandırma, dövlət və xüsusi […]