Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Oxunma vaxtı:23 Saniyə

Zığ dairəsi-Hava Limanı yolunda yağışa görə sürət həddi endirilib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Loading

Next Post

Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib

Rusiya qoşunları Ukraynanın Poltava vilayətində “Naftoqaz” dövlət şirkətinin obyektlərinə dronlarla zərbələr endirib, nəticədə yanğın baş verib.Bu barədə “Ukrayna Naftoqaz” milli səhmdar şirkətinin idarə heyətinin sədri Sergey Koretski bildirib. “Katolik Pasxası ərəfəsində Rusiya qoşunları Poltava vilayətində “Naftoqaz” Qrupunun infrastruktur aktivlərinə hücum ediblər. Zərbələr dronlarla endirilib. Nəticədə yanğın baş verib. Bir müddət […]