Rusiya Ukraynada “Naftoqaz”ın obyektlərinə zərbə endirib

Oxunma vaxtı:46 Saniyə

Rusiya qoşunları Ukraynanın Poltava vilayətində “Naftoqaz” dövlət şirkətinin obyektlərinə dronlarla zərbələr endirib, nəticədə yanğın baş verib.

Bu barədə “Ukrayna Naftoqaz” milli səhmdar şirkətinin idarə heyətinin sədri Sergey Koretski bildirib.

“Katolik Pasxası ərəfəsində Rusiya qoşunları Poltava vilayətində “Naftoqaz” Qrupunun infrastruktur aktivlərinə hücum ediblər. Zərbələr dronlarla endirilib. Nəticədə yanğın baş verib. Bir müddət sonra təkrar hücum olub”, – Koretski “Facebook” sosial şəbəkəsində vəziyyəti təsvir edib.

Onun sözlərinə görə, yaralanan olmayıb, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bölmələri isə hadisəyə operativ reaksiya verib.

“Rusiya neft-qaz və enerji infrastrukturuna məqsədyönlü hücumlarını davam etdirir. İlin əvvəlindən Rusiya qoşunları “Naftoqaz” Qrupunun obyektlərinə artıq 40-dan çox hücum edib”, – şirkət sədri vurğulayıb.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.

Loading

Next Post

ELAN

Zaqatala rayonu, Aşağı Tala kənd sakini İmanov Samir Məhəmməd oğluna məxsus 90-RB-028 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nömrəsi Bakı şəhəri, Müşfiqabad qəsəbəsi ərazisində sel suları nəticəsində itmişdir. Onu tapan şəxsdən bu nömrə ilə əlaqə saxlaması xahiş olunur: 051-330-77-10.