İran və Oman Hörmüz boğazı ilə bağlı yeni mexanizm üzrə danışıqlar aparır

Oxunma vaxtı:33 Saniyə

İran və Oman Hörmüz boğazının idarə olunması üçün yeni mexanizmin hazırlanması istiqamətində danışıqlar aparır.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.

Bəqainin sözlərinə görə, Hörmüz boğazı İran və Omanın ərazi sularında yerləşir və hər iki ölkə bütün dövlətlər üçün təhlükəsiz keçidin təmin edilməsinə məsuliyyət daşıyır.

İran XİN sözçüsü qeyd edib ki, bu proses davam edir və Tehran hazırda həmin məqsədi təmin edəcək mexanizmin hazırlanması üçün Oman və digər aidiyyəti tərəflərlə daimi təmasdadır.

O əlavə edib ki, ötən həftə Məsqətdə İran və Oman ekspertləri arasında görüş keçirilib və iki ölkə arasında bu istiqamətdə təmaslar və məsləhətləşmələr fasiləsiz davam edir.

Loading

Next Post

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun bütün iştirakçılarını salamlayır və forumun işinə uğurlar arzulayıram.Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib. “Yəqin ki, qeydiyyatdan keçən iştirakçıların sayına görə rekord göstərici qeydə alınıb. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən çox iştirakçı […]