Los-Ancelesdə baş verən yanğınlarda 10 nəfər həlak olub

Oxunma vaxtı:27 Saniyə

Los-Ancelesi bürüyən yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub.

Bu barədə məhkəmə-tibbi ekspertiza xidməti məlumat verib.

“Həlak olanların kimliyinin müəyyənləşdirilməsi prosesi bir neçə həftə çəkə bilər, çünki məhkəmə-tibbi ekspertiza departamenti yanğın şəraiti və təhlükəsizlik səbəbləri ilə əlaqədar müəyyən ərazilərə girişi əldə edə bilmir”, – qurumun məlumatında vurğulanıb.

Los-Anceles dairəsinin şerifi Robert Luna xəbərdarlıq edib ki, yanğınlar davam etdiyi üçün nə qədər insanın həlak ola biləcəyi hələ məlum deyil:

“Ölümlərin araşdırılması üzrə qruplar bu ərazilərə daxil ola bilməyənə qədər həlak olanların dəqiq sayı məlum olmayacaq”

Loading

Next Post

Bakıda yeni avtobus zolaqları ÇƏKİLƏCƏK

Yeni marşrut şəbəkəsinə uyğun olaraq 37 küçə və prospektdə 112 kilometr avtobus zolağı çəkilib. Bu barədə “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” barədə mətbuat konfransında məlumat verilib. Bildirilib ki, avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub. Xüsusi zolaqların tətbiqi nəticəsində gediş vaxtı bəzi küçələrdə […]