Bakıda yeni avtobus zolaqları ÇƏKİLƏCƏK

Oxunma vaxtı:21 Saniyə

Yeni marşrut şəbəkəsinə uyğun olaraq 37 küçə və prospektdə 112 kilometr avtobus zolağı çəkilib.

Bu barədə “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” barədə mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub.

Xüsusi zolaqların tətbiqi nəticəsində gediş vaxtı bəzi küçələrdə 18-22 dəqiqəyə qədər azalıb. Məlumata görə, xüsusi zolaqlarda gün ərzində 900 minə yaxın sərnişin daşınır.

Loading

Next Post

Biləcəri qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilib ki, cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər yanvarın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat […]