Növbəti iki gündə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:23 Saniyə

Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 5-6-da güclü külək əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara, Yardımlıda şimal-qərb küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu da sarı xəbərdarlığa uyğundur.

Loading

Next Post

Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər davam etdirilir və sülh sazişinin hazırlanması prosesində də müsbət dinamika müşahidə olunur. Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “Armenpress”ə müsahibəsində deyib. “Həqiqətən çox yaxın olduğumuz sülh sazişinin tamamlanmasına, müsbət dinamikanın mövcud olduğu delimitasiya prosesinin irəliləməsinə və kommunikasiyaların açılmasına yanaşmalarımız konstruktivdir və […]