Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir

Oxunma vaxtı:24 Saniyə

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər davam etdirilir və sülh sazişinin hazırlanması prosesində də müsbət dinamika müşahidə olunur.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “Armenpress”ə müsahibəsində deyib.

“Həqiqətən çox yaxın olduğumuz sülh sazişinin tamamlanmasına, müsbət dinamikanın mövcud olduğu delimitasiya prosesinin irəliləməsinə və kommunikasiyaların açılmasına yanaşmalarımız konstruktivdir və davamlı sülhün əldə olunmasına yönəlib”, – o qeyd edib.

P.Hovhannisyan bildirib ki, bu prosesi dəstəkləmək üçün bütün tərəfdaşlarla iş davam edir.

“Əlbəttə, biz nəticə əldə edəcəyimizə inanmalıyıq”, – o vurğulayıb.

Loading

Next Post

İlham Əliyev “Vətən” İdman Liseyində - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseydə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi […]