Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərindən 7 milyon dollardan çox pul müsadirə edilib

DogruSozTv Az
Oxunma vaxtı:55 Saniyə

Ötən gün Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərində aparılmış axtarışlar zamanı 7 milyon 2200 dollar və 136 min lari həcmində pul vəsaitləri müsadirə olunub.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə bildirilib.

Külli miqdarda pul vəsaitləri ilə yanaşı 198 ədəd qiymətli zərgərlik məmulatı və saatlar, bahalı rəsm əsərləri, bir neçə min vərəq sənəd, 50 ədəd mobil telefon və 119 ədəd elektrik avadanlığı da götürülüb.

Axtarışların Tbilisi şəhəri, Dedoplistskaro,Vani, Çoxotauri və Borjomi rayonalarında keçmiş Baş nazir İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş Baş prokuror Otar Partsxaladze, sabiq iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze, Mixail Çoxeli, Vano və Tornike Parkauli, Sandro Liluaşvili və onların ailə üzvlərinə məxsus 24 mənzil və yaşayış evində həyata keçirildiyi qeyd olunub. Axtarış tədbirlərində Gürcüstanın Baş Prokurorluğu və DTX-nın 230-a yaxın əməkdaşı iştirak edib.

Hazırda DTX Gürcüstanın Baş Prokurorluğunun İstintaq Departamenti ilə birgə sənədlər və elektrik avadanlıqlarla bağlı məlumatları intensiv şəkildə araşdırıb emal edir.

Qeyd edilib ki, müsadirə edilmiş pul vəsaitlərinin əsl mənşəyi müəyyən edilir, bundan sonra emal olunmuş məlumatlar əsasında növbəti istintaq-əməliyyat tədbirləri planlaşdırılacaq və aidiyyəti şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.(Apa)

Loading

Next Post

Zəngilan şəhərinin azadlığının beşinci ili

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib.Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan edib. Prezident İlham Əliyev müraciətində […]