Belarus Prezidenti Çinə səfər edəcək

Oxunma vaxtı:20 Saniyə

Belarus Prezidenti Aleksandr Lukaşenko 2-4 iyun tarixlərində Çinə səfər edəcək.

Bu barədə BELTA prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

İki ölkənin liderləri Aleksandr Lukaşenko və Si Cinpin əvvəlcə təkbətək formatda görüş keçirəcəklər. Onlar Belarus-Çin münasibətlərinin vəziyyətini və birgə layihələrin həyata keçirilməsi və çoxtərəfli təşəbbüslərin irəli sürülməsi hesabına əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.

Səfər proqramında bir sıra digər danışıqlar və görüşlər də nəzərdə tutulub.

Loading

Next Post

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv […]