Türkiyədən mühüm addım – 3 ölkə ilə ittifaq yaradılır

Oxunma vaxtı:19 Saniyə

Türkiyə Pakistan, Səudiyyə Ərəbistanı və Misirlə regional təhlükəsizlik platformasının yaradılmasını müzakirə edir.

Tərəflər bu həftə Antalya Diplomatiya Forumu çərçivəsində danışıqlar aparmağa hazırlaşır.

Məqsəd regional təhlükəsizlik məsələləri üzrə müntəzəm və strukturlaşdırılmış əməkdaşlıq qurmaqdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, regiondakı ölkələr bir-birinin suverenliyini və təhlükəsizliyini təmin etməyə öhdəlik götürməlidirlər.

Bu formatın inkişafının iştirakçılar arasında müdafiə və ticarət əlaqələrini gücləndirəcəyi də gözlənilir.

Loading

Next Post

ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək

ABŞ Hörmüz boğazını yox, İranın limanları və sahil xəttini blokadada saxlayır. Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib. O qeyd edib ki, ABŞ qüvvələri Sakit okeanda İran bayrağı altında üzən istənilən gəmini və ya İrana maddi dəstək verməyə cəhd edən hər hansı bir gəmini aktiv […]