Prezident: Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərinin zəngin tarixi var.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edərkən bildirib.

Sövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb.

Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib.

Dövlət başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.

Loading

Next Post

Sabah leysan olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir […]