Sabah leysan olacaq

Oxunma vaxtı:30 Saniyə

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəsək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Loading

Next Post

Ceyhun Bayramov britaniyalı nazirlə bir arada

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb. Bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib. Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti […]