Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək

Oxunma vaxtı:18 Saniyə

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Loading

Next Post

FIFA prezidenti Ərdoğana top və forma hədiyyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni (Gianni) İnfantinonu qəbul edib. Bu barədə “Report” “A Haber”ə istinadən xəbər verir. Qeyd olunub ki, görüşdə FIFA prezidenti Türkiyə liderinə top və forma hədiyyə edib. Formanın üzərində “Ərdoğan” yazıldığı bildirilib.