Bu ərazidə işıq olmayacaq

Oxunma vaxtı:26 Saniyə

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir işləri ilə əlaqədar 9 aprel tarixində elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 16:00-dək qəsəbədə yerləşən Bağlar yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

“Ermənistan özünü bunlardan məhrum etdi” - Yenilənib

“Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşmağa imkan yaradıb”.Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Regionda uzunmüddətli […]