Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Oxunma vaxtı:32 Saniyə

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 9-14, gündüz 23-28 dərəcə isti olacaq.

Loading

Next Post

Şuşa Rayon İcra Hakimiyyətinin yeri dəyişdirildi

Şuşa Rayon İcra Hakimiyyəti yeni ünvana köçürülüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən Şuşa RİH bir neçə gün ərzində binanı boşaltmalı olub. Hazırda Şuşa RİH Koroğlu Rəhimov küçəsində yerləşən köhnə binaya qaytarılıb. Onu da xatırladaq ki, binada əvvəllər Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı […]