Şuşa Rayon İcra Hakimiyyətinin yeri dəyişdirildi

Oxunma vaxtı:33 Saniyə

Şuşa Rayon İcra Hakimiyyəti yeni ünvana köçürülüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən Şuşa RİH bir neçə gün ərzində binanı boşaltmalı olub.

Hazırda Şuşa RİH Koroğlu Rəhimov küçəsində yerləşən köhnə binaya qaytarılıb.

Onu da xatırladaq ki, binada əvvəllər Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi də fəaliyyət göstərib. Daha sonra bu birliyin sədri dəyişdirilsə də, icma fəaliyyətini bu binada davam etdirib. Torpaqlar işğaldan azad edildikdən sonra ictimai birlik adını və fəaliyyət istiqamətlərini dəyişdirib.

Qeyd edək ki, Şuşa RİH-in N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən binasının hansı dövlət qurumuna və təşkilata verilməsi hələ ki məlum deyil.

Loading

Next Post

"TikTok"da canlı yayım edən hərbçilər ordu sıralarından çıxarıldılar - FOTO

Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib. Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan […]