Qarabağ Universitetinin rektorunun təqdimatı baş tutub – FOTO

Oxunma vaxtı:22 Saniyə

Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub.

Təqdimat mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısının ali təhsil müəssisəsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar barədə məlumat verib. Nazir Şahin Bayramova bu məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.

Şahin Bayramov da öz növbəsində göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və yeni dövrün tələblərinə cavab verən universitet qurmaq üçün səylə çalışacağını bildirib.

Loading

Next Post

Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaq

Bu gün paytaxtın 3 rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Nizami rayonu, Şərifli küçəsi 24/25 ünvanında istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə M.Nərimanov küçələrinin kəsişməsində yeni çəkilmiş qaz xəttinin mövcud […]