Türkiyədə silahlı hücuma məruz qalan siyasətçi öldü

Oxunma vaxtı:29 Saniyə

Türkiyədə Tekirdağ Süleymanpaşa İlçe Bələdiyyəsinin CHP-li üzvü Mustafa Can Ekiciler silahlı hücuma məruz qalıb və üzündən ağır yaralanıb.

“Qafqazinfo” “CNN türk”ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də baş verib.

31 yaşlı siyasətçi hücumdan sonra xəstəxanaya yerləşdirilsə də, o bu gün müalicə aldığı klinikada vəfat edib.

Məlumat üçün qeyd edək ki, Ekiciler, Süleymanpaşa vilayətinin Qaziköy rayonundakı yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacaq almaq üçün dayanarkən, 3 nəfər taksi ilə gəlib. Onlar arasında naməlum səbəbdən mübahisə yaranıb.

Bu vaxt şübhəlilərdən biri silahını çıxararaq Mustafa Can Ekicilərə atəş açıb.

Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı gənc oğlan saxlanılıb.

Loading

Next Post

Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov […]