Ərdoğan Türkiyə konstitusiyasını dəyişmək istəyir

Oxunma vaxtı:45 Saniyə

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 2026-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğana yeni konstitusiya təklifləri təqdim etmək niyyətindədir.

“Ekonomim” qəzeti öz mənbələrinə istinadən yazıb ki, hakimiyyət prezident idarəetmə formasında bir sıra dəyişikliklər edə bilər.

Bir müddət əvvəl “Cümhuriyet” qəzeti hakim partiya daxilindəki mənbələrə istinadən xəbər vermişdi ki, AK Partiya yeni konstitusiya uğurla qəbul ediləcəyi təqdirdə erkən prezident seçkiləri keçirməyi düşünür.

“Hakim dairələr müxalifət tərəfindən tənqid edilən müddəalar üçün variantları müzakirə edirlər. Xüsusilə, bu, parlament üzvləri arasından prezidenti və kabinet üzvlərini seçəcək müddəaya aiddir. Bu cür addımlar 2026-cı ildə yeni konstitusiyanın qəbul edilməsi üçün şərt hesab olunur”, – deyə nəşr bildirib.

Qeyd olunur ki, AK Partiya məsləhətləşmələrdən sonra Prezident Ərdoğana təkliflər və şərhlərlə hesabat hazırlayıb təqdim etməyi planlaşdırır.

Prezident Ərdoğan dəfələrlə bildirib ki, Türkiyənin ölkənin gələcək inkişafını təmin etmək üçün yeni konstitusiyaya ehtiyacı var. Türkiyə lideri bütün siyasi qüvvələri yeni konstitusiyanın hazırlanmasında fəal iştirak etməyə çağırıb.

Loading

Next Post

Sabah hava yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz […]