Marko Rubio: ABŞ dünyanın ən aparıcı girov götürən İran rejiminə qarşı əməliyyatda iştirak edir

Oxunma vaxtı:41 Saniyə

“ABŞ dünyanın ən aparıcı girov götürən və terrorizmin sponsoru olan İran rejiminə qarşı əməliyyatda iştirak edir”.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib.

Rubio qeyd edib ki, əməliyyatın məqsədi İran rejiminin raket imkanlarını zəiflətmək və bu sahədəki potensialını məhv etməkdir: “İran rejiminə qarşı missiyanın məqsədləri aydındır: İranın raket atmaq qabiliyyətini məhv etmək. Bu raketləri istehsal edən fabrikləri məhv etmək. Onların donanmasını məhv etmək”.

Rubio Tehranı regionda sabitliyi pozmaqda günahlandıraraq qeyd edib ki, İran qonşu ölkələrin enerji infrastrukturuna, mülki əhaliyə və səfirliklərə hücumlar həyata keçirir.

“Onlar dünyanı girov saxlamağa çalışırlar. Girov götürməyə gəldikdə dünyada Tehrandakı ruhani rejimdən daha pis cinayətkar olmayıb. Onlar terrorizm və girov götürmə dünyasında ən pis cinayətkarlardır”, – Rubio vurğulayıb.

ABŞ Dövlət katibi əlavə edib ki, Vaşinqton bu məqsədə doğru irəliləyir.

Rubio bildirib ki, missiya başa çatdıqdan sonra dünya daha təhlükəsiz olacaq.

Loading

Next Post

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir.Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər. Yel çərşənbəsi günü də şər qarışanda […]